Ana Sayfa > Karusel / Gündəm > İraqda 1 türk əsgəri həlak olub, daha 3 hərbçi yaralanıb

İraqda 1 türk əsgəri həlak olub, daha 3 hərbçi yaralanıb


11-06-2022, 23:09. Yazar: Admin

Özkan TOKAY (@zkanTOKAY2) / Twitter

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında 1 türk əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb.

Bu barədə Qarabaginfo.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan əsgərin ailəsinə başsağlığı verərək, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatnaı aprelin 18-də başlayıb.


Geri dön