Ana Sayfa > Karusel / Cəmiyyət > Formula 1-də bu gün: pilotların düzülüş yarışı keçiriləcək
Formula 1-də bu gün: pilotların düzülüş yarışı keçiriləcək11-06-2022, 11:29. Yazar: Admin |
Bakıda Formula 1 üzrə dünya çempionatının səkkizinci – Azərbaycan Qran-Pri yarışları bu gün də davam edəcək.
Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Çarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Nikolas Latifi yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Mik Şumaxer və Kevin Maqnussen “Haas”, Sebastian Fettel və Lans Stroll “Aston Martin” komandasının idman şərəfini qoruyurlar. Geri dön |