Ana Sayfa > Karusel / Region > Ukraynadan acı etiraf: Artıq bitdi...

Ukraynadan acı etiraf: Artıq bitdi...


11-06-2022, 11:03. Yazar: Admin

Ukraynadan acı etiraf: Artıq bitdi...

Rusiya-Ukrayna müharibəsinin 108-ci gününün geridə qaldığlmbur vaxtda Ukrayna tərəfi cəbhədəki son vəziyyətlə bağlı qorxulu açıqlama verib. 

Qarabaginfo.az xarici mediaya istinadən bildirir ki, Ukraynanın yüksək rütbəli hərbi rəsmisinin Britaniya mətbuatına verdiyi özəl açıqlamaya görə, ölkə müharibədə kritik dönüş nöqtəsindədir. Ukraynanın hərbi kəşfiyyat üzrə vitse-prezidenti bildirib ki, Ukrayna cəbhədə Rusiyaya uduzub və indi Rusiyanı kənar saxlamaq demək olar ki, yalnız qərbdən gələn silahlardan asılıdır. 

Ukraynanın hərbi kəşfiyyat rəhbərinin müavini Vadim Skibitski isə belə açıqlama verib: “Bu, artıq artilleriya müharibəsidir. Cəbhə xətləri indi gələcəyin həll olunacağı yerdir və biz artilleriya baxımından uduzuruq. İndi hər şey Qərbin bizə nə verməsindən asılıdır.

Qərb tərəfdaşlarımız əllərində olanın təxminən 10%-ni bizə veriblər", - Skibitski deyib.


Geri dön