Ana Sayfa > Karusel / Gündəm > Bakı metrosunda oğurluq

Bakı metrosunda oğurluq


11-06-2022, 10:58. Yazar: Admin

 

Bakı metrosunda qadının cibindən telefonu oğurlanıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə iyunun 7-də metronun “28 May” stansiyasında qatarda paytaxt sakini A.Məmmədovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Anar Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

 


Geri dön