Ana Sayfa > Karusel / Region > Boliviyanın sabiq prezidenti 10 il müddətinə azadlıqdan məhrum edilib
Boliviyanın sabiq prezidenti 10 il müddətinə azadlıqdan məhrum edilib11-06-2022, 07:51. Yazar: Admin |
Boliviyanın sabiq prezident səlahiyyətlərinin icraçısı Janin Anyes Çaves 10 il müddətinə azadlıqdan məhrum edilib. Qarabaginfo.az yerli “Unitel” telekanalına istinadən xəbər verir ki, məhkəmə onu 2019-cu ildə dövlət çevrilişi işində təqsirli bilib. Bildirilib ki, qərarın əsaslandırılması bir neçə gündən sonra dərc olunacaq. Xatırladaq ki, Janin Anyes Çaves Çaves 2019-cu il noyabrın 12-dən 2020-ci il noyabrın 8-dək prezident səlahiyyətlərinin icraçısı olub. Geri dön |