Ana Sayfa > Karusel / Gündəm > ARDNF-in Müşahidə Şurasının iclası keçirilib
ARDNF-in Müşahidə Şurasının iclası keçirilib10-06-2022, 19:07. Yazar: Admin |
İyunun 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib. ARDNF-in 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin nəticələrinin və 2021-ci il üçün büdcəsinin icrasının Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub. Geri dön |