Ana Sayfa > Karusel / Gündəm > Serxio Peres: "Bakıda bir göz qırpımında hər şey dəyişə bilər"

Serxio Peres: "Bakıda bir göz qırpımında hər şey dəyişə bilər"


10-06-2022, 18:35. Yazar: Admin

"Bakı yarışı həqiqətən çox fərqlidir, çünki bu sürətli şəhər trasında bir göz qırpımında hər şey dəyişə bilər. Buna görə də çox ehtiyatlı olmaq lazımdır".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Red Bull"un pilotu Serxio Peres mətbuat konfransında Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

İlk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən 32 yaşlı sürücü bildirib ki, Bakı treki pilotları həmişə sınaq qarşısında qoyur: "Bakı yarışı mənim üçün mövsümün ən sevimlisidir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.


Geri dön