Ana Sayfa > Karusel / Gündəm > Lukaşenko: Rusiya Ukrayna taxılının ixracı ilə bağlı 7 istiqamət təklif edib

Lukaşenko: Rusiya Ukrayna taxılının ixracı ilə bağlı 7 istiqamət təklif edib


10-06-2022, 18:24. Yazar: Admin

Lukaşenko: Rusiya Ukrayna taxılının ixracı ilə bağlı 7 istiqamət təklif edib

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna taxılının ixracı ilə bağlı Moskva və Minskə qarşı qınaqları əsassız hesab edir, Rusiya artıq onun ixracı üçün yeddi istiqamət təklif edib.

Qarabaginfo.az-ın BelTA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Lukaşenko yerli səviyyədə əhali ilə iş üzrə məsələlərlə bağlı müşavirədə bildirib.

"Niyə biz (Rusiya və Belarus-red) buna qulaq asıb haqq qazandırırıq, gəlin onlar üçün marşrutların adını çəkək. Putin bu yaxınlarda müsahibəsində Belarus istiqaməti və s. haqqında danışıb. Biz qəti razılaşdıq. Bircə ona dedim: “Qulaq as, Mariupol azad edildi, Berdyansk azad edildi, Azovda yaxşı limanlar var, dedim təklif elə...rusiyalılar təklif etdilər. Artıq taxıl ixracının yeddi istiqaməti var, daşıyın. Bir aydan çox vaxt keçdi - heç kim heç nə daşımır”, - deyə BelTA xəbər agentliyi Lukaşenkodan sitat gətirib.


Geri dön