Ana Sayfa > Karusel / Gündəm > “Formula-1”: Günün son yürüşü başlayıb

“Formula-1”: Günün son yürüşü başlayıb


10-06-2022, 18:10. Yazar: Admin

“Formula-1”: Günün son yürüşü başlayıb

Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə start verilib.

Qarabaginfo.az-ın məlumatına görə, “Formula-2” pilotlarının sıralama yarışının ardınca “Formula-1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.

Saat 18:00-da start götürən günün son məşqi bir saat davam edəcək. Birinci sərbəst yürüşdə ən sürətli pilot Serxio Peres (“Red Bull”) olub.

Qeyd edək ki, “Formula-1” pilotlarının sabah baş tutacaq üçüncü sərbəst yürüşü saat 15:00-da start götürəcək.


Geri dön