Ana Sayfa > Karusel / Siyasət > Britaniyanın müdafiə naziri Ukraynaya səfər edib, Zelenski ilə görüşüb

Britaniyanın müdafiə naziri Ukraynaya səfər edib, Zelenski ilə görüşüb


10-06-2022, 17:37. Yazar: Admin

 

Vladimir Zelenski, Ben Vallas

 

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Britaniyanın müdafiə naziri Ben Vallasla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram"da məlumat verib.

“Ümumiyyətlə Böyük Britaniyaya, hökumətə, Baş nazirə minnətdaram. Bu barədə geniş danışmaq olar - biz uzun müddət sizə minnətdar olacağıq. Müharibə bizim əsl dostlarımızın kim olduğunu göstərdi”, - Prezident Zelenski vurğulayıb.

O bildirib ki, Baş nazir Boris Consonla çox tez-tez əlaqə saxlayır.

“Bilirəm ki, nazirlər səviyyəsində, Aparat rəhbəri səviyyəsində isti təmaslar var”, - Zelenski əlavə edib.

Zelenski qeyd edib ki, silahlar, maliyyə və sanksiyalar Böyük Britaniyanın ardıcıl olaraq Ukraynanı dəstəkləməkdə liderliyini nümayiş etdirdiyi üç sahədir.


Geri dön