Ana Sayfa > Karusel / Gündəm > “Sputnik Azərbaycan”ın baş redaktoru ilə əri ölkədən çıxarılır

“Sputnik Azərbaycan”ın baş redaktoru ilə əri ölkədən çıxarılır


10-06-2022, 15:18. Yazar: Admin

“Sputnik Azərbaycan”ın baş redaktoru ilə əri ölkədən çıxarılır

“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika, saytın mətbuat mərkəzinin prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda iş icazəsinin vaxtının uzadılmasına imtina edilib.

Qarabaginfo.az xəbər verir ki, onların adları Dövlət Miqrasiya Xidmətinin “müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı”nda qeyd edilib.

Belarus vətəndaşı olan hər iki şəxs iş icazəsinin olmadığına görə eyni zamanda Azərbaycanda yaşamaq hüququnu da itiriblər.

Xatırladaq ki, İnzibati İcraat haqqında Qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.


Geri dön