Ana Sayfa > Karusel / Gündəm > Makron Kiyevə getməyə hazırlaşır

Makron Kiyevə getməyə hazırlaşır


10-06-2022, 14:49. Yazar: Admin

Fransa prezidenti Emmanuel Makron gələn həftə Kiyevə səfər edə bilər.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Fransanın “Figaro” qəzeti yazıb.


Nəşrin məlumatına görə, Makron çərşənbə günü Rumıniyada NATO missiyası çərçivəsində yerləşən Fransa hərbçilərinə baş çəkəndən sonra Ukraynaya gedə bilər.

Yelisey Sarayı Makronun gələn həftə mümkün səfərləri ilə bağlı məlumatları hələlik nə təsdiq, nə də təkzib edib.


Fransa prezidenti sonuncu dəfə fevralın 8-də - Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl Kiyevdə rəsmi səfərdə olub.


Geri dön