Ana Sayfa > Karusel / Problem > Bakıda mancanaqda qadın meyiti tapıldı

Bakıda mancanaqda qadın meyiti tapıldı


10-06-2022, 11:44. Yazar: Admin

Bakıda mancanaqda qadın meyiti tapıldı

Bakının Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Dünən axşam saatlarında Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-yə məxsus su quyusunun üzərində quraşdırılmış mancanaqdan qadın meyiti tapılıb.

İlkin araşdırmalar zamanı ölən qadının paytaxt sakini, 1964-cü il təvəllüdlü Həcərxanım Məmmədova olması məlum olub. Belə ki, mancanaqda əlini yumağa çalışan qadının boynunun hərəkət edən dirsəyin arasında qalması səbəbindən öldüyü məlum olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön