Ana Sayfa > Karusel / Sosial > Dövlət Agentliyi: Bu ilin 5 ayında 30 min şəxsə əlillik təyin edilib
Dövlət Agentliyi: Bu ilin 5 ayında 30 min şəxsə əlillik təyin edilib10-06-2022, 11:31. Yazar: Admin |
“Bu ilin 5 ayında 30 min şəxsə əlillik təyin edilib".
Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib. 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlardan da bəhs olunub. Qeyd edilib ki, yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. “Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək”, - o bildirib. Geri dön |