Ana Sayfa > Karusel / Gündəm > Hərbçimizin ölümü ilə bağlı cinayət işi başladı

Hərbçimizin ölümü ilə bağlı cinayət işi başladı


10-06-2022, 10:26. Yazar: Admin

Gəncə şəhərində avtomobilin piyadanı vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Qarabaginfo.az Report-a istinadən xəbər verir lo, hadisə iyunun 8-i saat 22 radələrində şəhər ərazisində, Gəncə-Şəmkir şossesi istiqamətində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Röyal Zöhrab oğlu İsmayılov idarə etdiyi "Kia Forte" minik markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1982-ci il təvəllüdlü Şöhrət Camal oğlu Namazovu vurub. Nəticədə piyada aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, Ş.Namazov Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı olub. O, 2016-cı ildə Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib.

 


Geri dön