Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Almaniya Ukraynaya 3,5 milyon avroya qədər vəsait verəcək

Almaniya Ukraynaya 3,5 milyon avroya qədər vəsait verəcək


10-06-2022, 06:10. Yazar: Admin

Almaniya Ukrayna bayrağına niyə qadağa qoydu? » www.AVROMEDIA.az

Almaniya Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 3,5 milyon avroya qədər vəsait ayıracaq.

Qarabaginfo.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Kiyevdəki səfiri Anka Feldhuzenin Ukraynanın energetika naziri Herman Qaluşenko ilə danışıqların yekunlarına dair bəyanatında deyilir.

Vəsait müharibə nəticəsində zədələnmiş elektrik şəbəkələrinin təmirinə sərf olunacaq.

Feldhuzenin sözlərinə görə, Almaniya Ukraynanın elektrik enerjisinin ötürülməsi üzrə Avropa sistem operatorları şəbəkəsinə tam inteqrasiyasını dəstəkləyir.

Bundan əvvəl Almaniyanın Energetika Nazirliyi əlavə edib ki, rəsmi Berlin Ukraynaya elektrik enerjisinin ixracı imkanlarını artıracaq avadanlıq almağa kömək edəcək.


Geri dön