Ana Sayfa > Karusel / Gündəm > Litva XİN Kirilin adının sanksiya siyahısından çıxarılmasına münasibət bildirib

Litva XİN Kirilin adının sanksiya siyahısından çıxarılmasına münasibət bildirib


10-06-2022, 00:05. Yazar: Admin

Litva XİN Kirilin adının sanksiya siyahısından çıxarılmasına münasibət bildirib

Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis bildirib ki, Rus patriarxı Kirilin Aİ-nin növbəti sanksiya siyahısına salınmasına çalışacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat verib.

Diplomat bildirib ki, patriarxın adının sanksiya siyahısına salınması üçün sübutlar vardı. Əks halda onu siyahıya daxil etmək mümkün olmazdı. Siyahını 27 dövlətin liderləri təsdiqləyib.

Landsberqis qeyd edib ki, Kirilə qarşı sanksiya ilk mərhələdə razılaşdırılsa da, son anda onun adı siyahıdan çıxarılıb. Lakin Litva onun adının 7-ci sanksiya siyahısına salınmasına çalışacaq.

Qərb mətbuatının xəbərinə görə Kirilin (Vladimir Qundyayev) adının çıxarılmasında Macarıstanın Baş naziri Viktor Orbanın rolu olub. Orban iddia edib ki, Rus Pravoslav Kilsəsinin başçısına qarşı sanksiya tətbiqi din azadlığına təhlükə yaradacaq.


Geri dön