Ana Sayfa > Karusel / Gündəm > Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır
Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır9-06-2022, 20:54. Yazar: Admin |
Finlandiya hakimiyyəti ölkənin təhlükəsizliyini gücləndirmək üçün Rusiya ilə sərhəddə sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. "Finlandiya hökuməti Rusiya ilə şərq sərhədində kritik ərazilərdə maneələr qurmağı planlaşdırır", - daxili işlər naziri Krista Mikkonen bildirib. Sənəddə deyilir ki, bu məqsədlər üçün sərhəd xidməti əlavə maliyyə alacaq. Şlaqbaumların tikintisi “Sərhəd mühafizəsi haqqında” qanuna dəyişiklikləri həyata keçirməyə imkan verəcək. Bildirilir ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra miqrantların qəbulu mərkəzləşdirilmiş qaydada, xüsusi ayrılmış sərhəd-keçid məntəqələrində həyata keçiriləcək. Geri dön |