Ana Sayfa > Karusel / Gündəm > Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr təyin ediləcək

Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr təyin ediləcək


9-06-2022, 19:57. Yazar: Admin

Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr təyin ediləcək

Nazirlər Kabineti “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Qarabaginfo.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilib ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin.

Geri dön