Ana Sayfa > Karusel / Dünya > ABŞ-da konvertoplan qəzaya uğrayıb, 4 dəniz piyadası ölüb

ABŞ-da konvertoplan qəzaya uğrayıb, 4 dəniz piyadası ölüb


9-06-2022, 17:49. Yazar: Admin

ABŞ Silahlı Qüvvələrinə məxsus konvertoplan Avstraliya sahillərində qəzaya uğrayıb - AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatında konvertoplanın qəzaya uğraması nəticəsində 4 dəniz piyadası ölüb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi mayor Meyson Enqlxart bildirib.

Onun sözlərinə görə, konvertoplan Qlemis şəhəri yaxınlığında çöllüyə düşüb:

“Onun göyərtəsində 5 dəniz piyadası olub”.

Nazirlik nümayəndəsi konvertoplanın göyərtəsində olan adamların dəqiq sayı barədə məlumat verməyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin avibazasının nümayəndəsi El Sentro “MV22B Osprey” konvertoplanın qəzaya uğramasını bildirmişdi.


Geri dön