Ana Sayfa > Karusel / Siyasət > Lavrovdan Fərrux kəndi ilə bağlı açıqlama
Lavrovdan Fərrux kəndi ilə bağlı açıqlama9-06-2022, 15:58. Yazar: Admin |
“Rusiya hərbçiləri Qarabağda Fərrux yaşayış məntəqəsi ətrafında vəziyyəti prioritet olaraq nəzərdən keçirir”. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib. “Vəziyyətə gəldikdə, rusiyalı hərbçilər və bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdır, bunu öz prioritetlərindən biri kimi saxlayır. Bu vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı artıq başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”, - deyə Lavrov vurğulayıb. Qeyd edək ki, Rusiya rəsmilərinin, xüsusilə Rusiya Müdafiə Nazirliyinin Xocalının Fərrux kəndindəki durumla bağlı açıqlamaları əvvəllər də Azərbaycan tərəfinin sərt reaksiyasına səbəb olmuşdu. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi olaraq yaydığı bəyanatda qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”. Geri dön |