“Türkiyədə təhsil almış 20-yə yaxın soydaşımız olan həkimlərin Bakıda xüsusi rejimli xəstəxanalarda təlimləri tamamlanıb, bu layihə üzrə birinci mərhələ başa çatıb”. Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. R. Bayramlı deyib ki, artıq növbəti səfər mayın 3-də Gəncə, Goranboy, Şəmkir və Ağdaş şəhərlərindəki xəstəxanalara olacaq: ”Bu mütəxəssis qrupunun hər birinə mütəxəssislərimiz də cəlb olunub”. TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Çağrı Mərkəzinə koronavirus xəstəliyi ilə bağlı 2271, psixoloji dəstəklə bağlı 961, poliklinik xidmətlər üzrə 1209 müraciət daxil olub: “Gələn həftə ilk modul tipli xəstəxana TƏBİB-ə təhvil veriləcək”. APA
Geri dön
|