Ana Sayfa > Karusel / Siyasət > Lavrov qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət etdi

Lavrov qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət etdi


9-06-2022, 11:54. Yazar: Admin

Hazırda İrəvanda olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov həmkarı  Ararat Mirzoyanın müşayiəti ilə qondarma “erməni qoyqırımı qurbanlarının memorialı”nı ziyarət edib, önünə əklil qoyub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan xarici İşlər Nazirliyi məlumat yayıb.

 

İyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfərə gəlib.

 

Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü iyunun 9-da baş tutacaq. Səfər çərçivəsində Ermənistan Prezidenti və Baş naziri ilə görüşlər də planlaşdırılır.


Geri dön