Ana Sayfa > Karusel / Dünya > Çində təyyarə binanın üstünə düşüb, ölən və yaralananlar var

Çində təyyarə binanın üstünə düşüb, ölən və yaralananlar var


9-06-2022, 10:51. Yazar: Admin

Çin «Boeing»in büdrəməsindən istifadə edir – İKİQAT UCUZ TƏYYARƏ BURAXIR - FED.az

Çinin Hubey əyalətinə yüngül mühərrikli təyyarənin düşməsi nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

QArabaginfo.az xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilib ki, təyyarə əyalətin Syanyan şəhərində xüsusi evin damına düşərək onu qismən uçurub. Ölən və yaralananlar yerli sakinlərdir.

Məlumata görə, təyyarənin pilotu katapult olunub. Onu hospitala yerləşdiriblər.

Qeyd olunub ki, hadisə iyunun 9-da səhər saatlarında olub. Təyyarənin düşməsi sonucunda binada yanğın olub. Hadisə yerinə tibb işçiləri, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Polis hadisənin səbəbini araşdırır.


Geri dön