Ana Sayfa > Karusel / Dünya > ABŞ Dəniz Piyadalarına məxsus təyyarə qəzaya uğrayıb

ABŞ Dəniz Piyadalarına məxsus təyyarə qəzaya uğrayıb


9-06-2022, 06:46. Yazar: Admin

ABŞ Dəniz Piyadalarına məxsus təyyarə qəzaya uğrayıb

ABŞ Dəniz Piyadalarına məxsus təyyarə qəzaya uğrayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin El Sentrodakı Hərbi Hava Bazasının “Facebook”da dərc olunmuş bəyanatında deyilir.

“Biz təsdiq edə bilərik ki, 3-cü Dəniz Piyadaları Korpusunun Hava Yükləmə Qanadına məxsus təyyarə Kaliforniya ştatının Qlamis şəhəri yaxınlığında qəzaya uğrayıb”, - deyə məlumatda bildirilir.

Həmçinin yayılan şayiələrə görə təyyarədə nüvə materialı olub ki, bu məlumat da təkzib olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. USNI-News-un məlumatına görə, “MV-22B Osprey”in göyərtəsində 3-5 nəfər olub.


Geri dön