Ana Sayfa > Karusel / Gündəm > Avtomobili insanların üzərinə sürən erməninin maşınından Türkiyə ilə bağlı sənədlər çıxdı

Avtomobili insanların üzərinə sürən erməninin maşınından Türkiyə ilə bağlı sənədlər çıxdı


9-06-2022, 00:51. Yazar: Admin

Avtomobili insanların üzərinə sürən erməninin maşınından Türkiyə ilə bağlı sənədlər çıxdı

Polis Berlində insanların üzərinə sürülən avtomobildə cinayətin törədilməsi planlarını təsdiqləyən məktub tapıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Hazırda bu dəlillər araşdırılır. 

“Bild” qəzetində istintaqa istinadən əlavə ediblər ki, insident bədbəxt hadisə olmayıb və avtomobildən Türkiyə ilə bağlı sənədlər də tapılıb. İnsidentin siyasi motivli olması ehtimal edilir. 

Xatırladaq ki, Berlinin Braytşaydplats meydanında, Kayzer Vilhelm memorial kilsəsi və Kurfürstendamm bulvarı yaxınlığında 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı insanların üstünə avtomobil sürüb. Nəticədə 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.



 


Geri dön