Ana Sayfa > Karusel / Gündəm > Yüksək səviyyəli qonaqlar “Efes-2022” beynəlxalq təlimini izləyib

Yüksək səviyyəli qonaqlar “Efes-2022” beynəlxalq təlimini izləyib


8-06-2022, 23:03. Yazar: Admin

Yüksək səviyyəli qonaqlar “Efes-2022” beynəlxalq təlimini izləyib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin gecə saatlarında keçirilən mərhələsində aşkar edilən dəniz minasının zərərsizləşdirilməsi və terrorçular tərəfindən zəbt edilən gəminin azad olunması tapşırıqları yerinə yetirilib.

Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.


Geri dön