Ana Sayfa > Karusel / Gündəm > Hulisi Akar Zakir Həsənovla görüşüb

Hulisi Akar Zakir Həsənovla görüşüb


8-06-2022, 20:31. Yazar: Admin

Hulisi Akar Zakir Həsənovla görüşüb - VİDEO

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin ən böyük təlimlərindən biri olan “EFES-2022” təlimini izləmək üçün Türkiyəyə gələn Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüş zamanı İkitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.


Geri dön