Ana Sayfa > Karusel / Gündəm > “Şarl de Qoll” hava limanı iyunun 9-na olan uçuşların bir hissəsini ləğv edib

“Şarl de Qoll” hava limanı iyunun 9-na olan uçuşların bir hissəsini ləğv edib


8-06-2022, 19:16. Yazar: Admin

Аэропорт шарль-де-голль в париже (47 фото) - красивые картинки и HD фото

Parisin “Şarl de Qoll” hava limanı işçi heyətinin tətili səbəbindən iyunun 9-u saat 07-dən 14-dək olan uçuşların təxminən dördə birini ləğv edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Tətilçilər əmək haqlarının artırılmasını tələb edirlər. Hava limanı əməkdaşlarının daxil olduğu 7 Həmkarlar İttifaqı əmək haqlarının təxminən aylıq 300 avro artırılmasını tələb edir.

Tətil səbəbindən “Air France” aviaşirkəti yaxın və orta məsafəli 85 reysini ləğv edib.


Geri dön