Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Sənayesi Nazirliyinin zavodunda minaatan partlayıb

Müdafiə Sənayesi Nazirliyinin zavodunda minaatan partlayıb


8-06-2022, 18:15. Yazar: Admin

Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı 500-ə qədər artıb - AZƏRTAC

Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda sursat partlayıb.

Qarabaginfo.az xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

 

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

“Bir nəfər Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.


Geri dön