Ana Sayfa > Karusel / Gündəm > 58 yaşlı kişi faciəvi şəkildə öldü

58 yaşlı kişi faciəvi şəkildə öldü


8-06-2022, 16:00. Yazar: Admin

Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 1964-cü il təvəllüdlü Fərhad Teyyub oğlu Əsgərovun meyitinin götürülməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

 


Geri dön