Ana Sayfa > Karusel / Gündəm > Bakı bulvarında həyəcanlı anlar - Kişi özünü dənizə atdı

Bakı bulvarında həyəcanlı anlar - Kişi özünü dənizə atdı


8-06-2022, 14:24. Yazar: Admin
Bakı bulvarında həyəcanlı anlar - Kişi özünü dənizə atdı

Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə iyunun 7-si saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli Parkda qeydə alınıb.

Bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılıb. Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Geri dön