İyunun 7-də saat 4 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndində yolun kənarında dayanmış Aşağı Yağlıvənd kənd sakini T.Ağammədov müəyyən edilməmiş avtomobillə vurulub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.