Ana Sayfa > Karusel / Gündəm > Tovuzda avtomobil sexində iki avtomobil yandı

Tovuzda avtomobil sexində iki avtomobil yandı


7-06-2022, 17:53. Yazar: Admin
Tovuzda avtomobil sexində iki avtomobil yandı

Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 240 m² olan yeddi boksdan ibarət avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları 100 m² sahədə və içərisində təmirə dayanan iki ədəd "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Nazirlikdən Qarabaginfo.az-a  verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 420 m² olan digər avtomobil təmiri sexinin lambirindən ibarət üzlüyü əriyib.

Sexlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön