Ana Sayfa > Karusel / Siyasət > Gənclər Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
Gənclər Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib7-06-2022, 17:31. Yazar: Admin |
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib. Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, yeni tərkib aşağıdakı kimidir: “Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri “Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqının sədri Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü “Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın İdarə Heyətinin üzvü.” Qeyd edək ki, Gənclər Fondu Müşahidə Şurasının əvvəlki tərkibi aşağıdakı kimi olub: Müşahidə Şurasının sədri Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Vəliyev Seymur Aydın oğlu - “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Ağabəyli Murad Asif oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini. Geri dön |