Ana Sayfa > Karusel / İqtisadiyyat > Serbiya qazın 40 faizini Azərbaycandan alacaq
Serbiya qazın 40 faizini Azərbaycandan alacaq7-06-2022, 16:20. Yazar: Admin |
Serbiya 2023-cü ildə qaza olan tələbatının 40%-ə qədərini Azərbaycandan alacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Zorana Mixayloviç bildirib.
Mixayloviçin sözlərinə görə, Rusiya hər il Serbiyaya 2,2 milyard kubmetr qaz tədarük etsə də, Balkan respublikasının qaz istehlakı ildə təxminən 3 milyard kubmetrdir.
Serbiya gələn il qazın bir hissəsini Azərbaycandan almaqla bu boşluğu doldurmaq niyyətindədir. Geri dön |