Ana Sayfa > Karusel / Gündəm > Tərtər polisindən əməliyyat: saxlanılan var

Tərtər polisindən əməliyyat: saxlanılan var


7-06-2022, 15:55. Yazar: Admin

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini İntiqam Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 


Geri dön