Ana Sayfa > Karusel / Gündəm > Əli Həsənova məxsus şirkət LƏĞV EDİLİR

Əli Həsənova məxsus şirkət LƏĞV EDİLİR


7-06-2022, 11:49. Yazar: Admin

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC ləğv olunur.

 

Şirkət bununla bağlı elan verib.

 

Kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına (Poçt indeksi 1054) bildirməli olduğu qeyd olunub.

 

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC (BMM) 10 sentyabr 2014-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Azər Kalam oğludur. 

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti-23 ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı (BMM-in yerləşdiyi bina) və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.

 

Qeyd edək ki, sözügedən əmlak rəsmən Əli Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus olsa da, qeyri-rəsmi BMM Həsənovun idi. İstintaqdan əvvəl bu əmlak Əli Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.

Modern.az


Geri dön