Ana Sayfa > Karusel / Gündəm > "Norway Chess": Şəhriyar Məmmədyarov Maqnus Karlsenə uduzub
"Norway Chess": Şəhriyar Məmmədyarov Maqnus Karlsenə uduzub6-06-2022, 23:29. Yazar: Admin |
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər. Qarabaginfo.az-ın məlumatına görə, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenə qara fiqurlarla uduzub. 37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb. Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla heç-heçə etsə də, növbəti qarşılaşmadan məğlub ayrılıb. 4 xala malik olan 35 yaşlı iti zəka sahibi 9-cu sıradadır. Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir. Geri dön |