Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > İtaliyanın Ankaradaki səfiri Türkiyə XİN-ə çağırılıb
İtaliyanın Ankaradaki səfiri Türkiyə XİN-ə çağırılıb6-06-2022, 22:33. Yazar: Admin |
İtaliyanın Ankaradaki Səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Türkiyənin diplomatik qaynaqlarından məlumat verilib. "Romadaki Türkiyə Səfirliyinin çağırışlarına və cəhdlərinə baxmayaraq, İtaliyanın Ankaradakı səfiri Giorgio Marrapodi 4 iyun tarixində Romada PKK-nın simvolları və fotoşəkillərinin yer aldığı nümayişdən narahatlığımızı ifadə etmək üçün bu gün (6 iyun) Nazirliyimizə dəvət edilmişdir", - xəbərdə deyilir. İtaliyalı diplomata qeyd olunan tədbirdə terrorçu liderin əsərlərinin ictimaiyyətə nümayiş etdirildiyi bildirilib: "Türkiyə tərəfindən, fikir və istəklər adıçəkilən şəxsə çatdırılıb. Görüşdə Türkiyənin PKK-nın ictimai sahəyə aşıb-daşan qara piarından, QHT adı altında fəaliyyətindən, İtaliya bələdiyyələri tərəfindən terrorçuların liderinə fəxri vətəndaşlıq verilməsindən narazılığı çatdırılıb". Geri dön |