Ana Sayfa > Karusel / Gündəm > Rusiya ilə viza rejimi məsələsinə Zelenskidən - Açıqlama

Rusiya ilə viza rejimi məsələsinə Zelenskidən - Açıqlama


6-06-2022, 19:40. Yazar: Admin

Rusiya ilə viza rejimi məsələsinə Zelenskidən

“Hazırda Rusiya ilə viza rejiminin tətbiqi ideyasını müsbət nəticəyə çatdırmaq üçün kifayət qədər imkanlar var və bu, çox güman ki, həyata keçiriləcək”.

Qarabaginfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

“Düşünürəm ki, Rusiya Federasiyası ilə viza rejiminin tətbiqi yaxşı fikirdir. İkincisi, yəqin ki, bu gün mənim bunu ukraynalılar üçün müsbət nəticəyə çatdırmaq üçün kifayət qədər imkanlarım var”, – Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib. 

Xatırladaq ki, mayın 26-da Zelenski baş nazir Denis Şmıqala Ukrayna ilə Rusiya arasında viza rejiminin tətbiqi məsələsini hazırlamağı tapşırıb.


Geri dön