Ana Sayfa > Karusel / Gündəm > Baş Prokurorluqdan Aysel Əskərovanın anasının öldürülməsi iddiasına - Cavab
Baş Prokurorluqdan Aysel Əskərovanın anasının öldürülməsi iddiasına - Cavab6-06-2022, 18:59. Yazar: Admin |
Baş Prokurorluq həkim-terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib. Qurumdan bildirilib ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. “Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda deyilir. Qeyd edək ki, Aysel Əskərova sosial şəbəkə hesabında anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib. Geri dön |