Ana Sayfa > Karusel / Gündəm > İranın XİN rəhbərinin Türkiyəyə səfəri təxirə salındı

İranın XİN rəhbərinin Türkiyəyə səfəri təxirə salındı


6-06-2022, 17:51. Yazar: Admin
İranın XİN rəhbərinin Türkiyəyə səfəri təxirə salındı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyəyə səfəri təxirə salınıb.

Qarabaginfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Abdullahian bu gün Türkiyəyə rəsmi səfər etməli idi.

İranın XİN rəhbərinin Türkiyə səfəri başqa zamana keçirilib. Səfərin dəqiq tarixi hələ ki məlum deyil.

Səfərin hansı səbəbdən ləğv olunması açıqlanmayıb.


Geri dön