Ana Sayfa > Karusel / Gündəm > Operativ Qərargah COVID-lə bağlı MƏLUMAT YAYDI

Operativ Qərargah COVID-lə bağlı MƏLUMAT YAYDI


6-06-2022, 16:57. Yazar: Admin

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 55 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1 833, hazırkı dövrədək isə 6 909 386 test aparılıb.

 


Geri dön