Ana Sayfa > Karusel / Gündəm > Erməni deputat: “Sülh gündəmini rədd etmək erməni xalqı üçün fəlakətdir”
Erməni deputat: “Sülh gündəmini rədd etmək erməni xalqı üçün fəlakətdir”6-06-2022, 12:58. Yazar: Admin |
“Sülhün gündəmi sərhəddə insidentlərin olmamasını təmin etmək üçündür”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş müqviləsi” fraksiyasının deputatı Sona Qazaryan deyib.
Onun sözlərinə görə, sülh ikitərəflidir. “Sülh gündəmini rədd etmək erməni xalqı üçün fəlakətdir. Biz sülh gündəmindən əl çəkməyəcəyik”, - deyə Qazaryan bildirib. Erməni deputat vurğulayıb ki, Ermənistan Baş naziri Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində müzakirə oluna biləcəyini bütün formatlarda bir daha təsdiqləyib. “Həmsədrlik çərçivəsində də status məsələsi ətrafında konsensus var. Ermənistan üçün öz statusunu təsdiqləmək çox çətin olacaq, amma biz təslim olmayacağıq”, - deyə o əlavə edib. Geri dön |