Ana Sayfa > Karusel / Gündəm > Ordumuzda korona əleyhinə bu tədbirlər görülür - MN
Ordumuzda korona əleyhinə bu tədbirlər görülür - MN6-06-2022, 11:24. Yazar: Admin |
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Tibb İdarəsinin Tibbi Profilaktika və Ekologiya şöbəsinin təşkilatçılığı ilə “Silahlı Qüvvələrdə COVID-19 infeksiyasının dünəni, bu günü və sabahı” mövzusunda terapevtik profilli elmi-praktiki konfrans keçirilib. Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Konfransda COVID-19 infeksiyasının diaqnostikası, müalicə prinsipləri və digər mövzularda həkim-mütəxəssislərin məruzələri dinlənilib. Qeyd olunub ki, Azərbaycan Ordusunda COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə koordinasiyalı şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir. Sonda COVID-19 infeksiyasına qarşı keçirilən tədbirlərdə fərqlənən həkim və tibb işçilərinə fəxri fərmanlar təqdim edilib.
Geri dön |