Ana Sayfa > Karusel / Siyasət > Bir neçə ölkə Lavrova görə hava məkanını bağladı
Bir neçə ölkə Lavrova görə hava məkanını bağladı6-06-2022, 10:28. Yazar: Admin |
“Serbiyanı əhatə edən ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlayıb”. Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. “Rusiya nümayəndə heyəti Belqradda danışıqlar aparmalı idi. Lakin Aİ və NATO-ya üzv ölkələr öz hava məkanını bağladı. Bu, kommunikasiya kanallarının növbəti dəfə bağlanmasıdır”, - deyə Zaxarova söyləyib. Qeyd edək ki, daha əvvəl Serbiyanın “Večernje novosti” qəzetinin yaydığı məlumata görə, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Serbiyaya yollanan Lavrovun təyyarəsinə hava dəhlizi yaratmaqdan imtina edib. Geri dön |