Ana Sayfa > Karusel / Region > Rusiya qoşunları Ukraynanın Zaporojye əyalətinin 60 faizini ələ keçirib

Rusiya qoşunları Ukraynanın Zaporojye əyalətinin 60 faizini ələ keçirib


6-06-2022, 06:53. Yazar: Admin

 

Rusiya qoşunları Ukraynanın daha bir şəhərini ələ keçirib

2022-ci ilin iyun ayına olan məlumata görə, Ukraynanın Zaporojye əyalətinin demək olar, 60 %-i Rusiya qoşunları tərəfindən ələ keçirilib.

Bu barədə Qarabaginfo.az Ukrayna Prezidentinin sayt ına istinadən xəbər verir.

Bildirilir ki, yerli vilayət administrasiyasının rəhbəri Aleksandr Starux Prezident Volodimir Zelenskiyə region ərazisinin demək olar ki, 60 %-nin müvəqqəti olaraq Rusiya qoşunları tərəfindən işğal edildiyini və yerlərdə döyüşlərin davam etdiyini bildirib.

Onun sözlərinə görə, düşmən 2 701 infrastruktur obyektini dağıdıb, onlardan bu günə qədər 700-ə yaxını bərpa edilib.

"Son 15 gündə ən çox insan Xerson vilayətindən gəlib. Həmçinin Mariupoldan da gəliblər", - Starux əlavə edib.


Geri dön