Ana Sayfa > Karusel / Gündəm > Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdi


5-06-2022, 23:05. Yazar: Admin

Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri, Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əli Babayev vəfat edib.
Qarabaginfo.az-ın məlumatına görə, xəbəri Milli Məclisin Biləsuvardan seçilmiş deputatı Bəhruz Məhhərəmov verib.
Əli Babayev 1957-ci ildə Biləsuvar şəhərində anadan olub, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə Biləsuvar “19 nömrəli SMD”-də çilingər kimi başlayıb, 1980-1981-ci illərdə rayon Kənd Təsərrüfatı İdarəsində, 1981-1985-ci illərdə rayon Komsomol Komitəsində məsul vəzifələrdə çalışıb.
1985-ci ildən rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin təlimatçısı, 1987-ci ildən “Türkmənistan”, 1990-cı ildə isə “Səməd Vurğun” adına kolxozların sədri, 1991-1992-ci ildə rayon İcra Hakimiyyətinin başçısının müavini, 1993-1994-cü ildə “Şəfəq” kolxozunun sədri işləyib.
Ə.babayev 1994-2002-ci illərdə rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Mərhum 2002-ci ildən vəfatına qədər “Biləsuvar-Quşçuluq” ASC-nin idarə heyətinin sədri, ötən ilin mayından isə həm də rayon Ağsaqqallar Şurasının sədri vəzifələrinində işləyirdi.

Allah rəhmət eləsin!


Geri dön