Ana Sayfa > Karusel / Gündəm > DÇ-2022: Avropadan son vəsiqənin sahibi müəyyənləşib
DÇ-2022: Avropadan son vəsiqənin sahibi müəyyənləşib5-06-2022, 22:27. Yazar: Admin |
Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib. Qarabaginfo.az-ın məlumatına görə, Uels yığması 64 ildən sonra bu hüquqa yiyələnib. Robert Peycin baş məşqçi olduğu kollektiv pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0. 34-cü dəqiqədə Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub. Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib. Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək. Geri dön |